Eldəniz Əzizli: Qaydaların dəyişməsi məni sərbəst güləşə keçməyə vadar etdi

Yunan-Roma güləşçisi Eldəniz Əzizlini həmişə bu növdə mübarizə apardığını adət etmişdim. Amma «Sərhədçi» Olimpiya İdman Kompleksində keçirilmiş son ölkə çempionatında aydın oldu ki, Avropa çempionatının bürünc mükafatçısı «klassiklər»i «sərbəstlər»ə dəyişib. Maraqlıdır, niyə? Bunu öyrənmək üçün ötən gün təcrübəli pəhləvanla əlaqə saxlayıb söhbətləşdim. Allsport.az saytına müsahibəsində, o, bütün mətləblərə aydınlıq gətirib: 

– Bəli, 6 aydır sərbəst güləşçirlə məşq edirəm. Artıq milli komandanın üzvüyəm. İnanıram ki, yunan-Roma güləşində qazandığım uğurların davamını burada gətirəcəyəm.

– Birdən-birə səni bu addımı atmağa nə vadar etdi?
Ötən il çəkilərin dəyişməsi məni düşünməyə məcbur etdi. Bilirsiniz, həmişə çəkim az olur, 59 kq-dan yuxarı qalxmır. Yarış zamanı, ümumiyyətlə, çəkim tərəzidə az gəlir. Bu üzdən sərbəst güləşə keçdim. Çünki orada çəki dərəcəsində 2 kq fərq var.

– Eldəniz, burada bir məqam var: indi yunan-Romada ən aşağı çəkidə rəqabət sərbəst güləşdən gərgin deyil. Titullular – ikiqat olimpiya mükafatçısı Rövşən Bayramov formada deyil. 2 dəfə avropa çempionu Elçin Əliyev yığmadan kənarlaşıb. Digər növdə Yaşar Əliyevlə Mahmud Məhəmmədovu sıxışdıra biləcəksənmi?
– Hər 2 idmançı ilə yaxşı münasibətim var. Xatirlərini çox istəyirəm. Onlar qardaşlarımdır. Sadəcə, indi toparlanıram. Formaya düşəndən sonra hamıya qalib gəlmək olar.

– Yeni mövsüm üçün planların nədən ibarətdir?
– 23 yaşlı sərbəst güləşçilər arasında Avropa çempionatı keçiriləcək. İlk növbədə, ora hazırlaşıram. Sonra daxili rəqabətdə üstün olmalıyam ki, böyük yarışlarda mübarizə aparmaq imkanı qazanım. İnşallah, zaman-zaman hər şey yoluna düşəcək.

Söhbətləşdi: Kamran HACI

Həmin kateqoriyadan