- Baxış sayı: 61
- 12 Noyabr 2026 14:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Varşavada Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, yunan-Roma güləşçisimiz Eldəniz Əzizli (55 kq) bürünc medal uğrunda görüşə çıxıb.
O, 3-cü yer uğrunda mübarizədə almaniyalı Fabian Şmittlə qarşılaşıb. Rəqibini məğlub edən idmançımız bürünc medalına sahib çıxıb.
Beləliklə, Əzizli ardıcıl 3-cü dəfə bu yarışın bürünc medalını qazanıb. Bu, Eldənizin ümumilikdə 4-cü AÇ medalı olub.