- Baxış sayı: 90
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 90
- Sentyabr 24, 2026
- 0

Macarıstan paytaxtı Budapeştdə dünya çempionatı sona yaxınlaşır. Allsport.az saytı xəbər verir ki, bu gün “Laslo Papp” idman sarayında yunan-Roma güləşində ilk finallar keçirildi.
Son Avropa çempionatının qalibi Eldəniz Əzizli (55 kq) həlledici görüşdə qırğısıntanlı Jolaman Şarşenbekovla üz-üzə gəldi. İlk saniyələrdən irəli atılan bahadırımız rəqibinə göz açmağa imkan verməyərək yarışın baş mükafatına sahib çıxdı – 10:0.