Eldar Əliyev Avropa Çempionlar Liqasının oyununu idarə edəcək

Eldar Əliyev Avropa Çempionlar Liqasının oyununu idarə edəcək

Beynəlxalq dərəcəli referi Eldar Əliyev qadın voleybolçular arasında Avropa Çempionlar Liqası yarışlarına təyinat alıb. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz CEV-in təyinatı ilə turnirin qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Əczaçıbaşı” (Türkiyə) – “Ximik” (Polşa) matçında ədaləti qoruyacaq.

İstanbulda Buröan Fzlzk Voleybol Zalında təşkil olunacaq qarşılaşmada Eldar Əliyev ikinci hakim funksiyasını yerinə yetirəcək. O, noyabrın 26-da keçiriləcək oyunda əsas referi yunanıstanlı Georgios Georgouleasa kömək edəcək.

Həmin kateqoriyadan