- Baxış sayı: 56
- 13 Avqust 2026 20:08
- Baxış sayı: 566
- Avqust 12, 2026
- 0

Qadın voleybolçulardan ibarət “Abşeron” klubunun baş məşqçisi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan superliqasında debüt edəcək komandanı Eldar Yusubov çalışdıracaq.
Təcrübəli mütəxəssis “Abşeron”la 1-llik müqavilə bağlayıb. Onunla növbəti mövsümlər üçün razılaşmanın müddətinin artırılacağı da istisna olunmur.
“Rabitə” ilə 5 dəfə Azərbaycan çempionu olan çalışdırıcının qarşısına əsas məqsəd kimi gənc nəslin yetişdirilməsi vəzifəsi qoyulub. O, həmçinin komandasının uğurlu çıxışına cavabdehlik daşıyacaq.