Həmyerlimizə daha bir təyinat

Beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov yeni təyinat alıb. Allsport.az xəbər verir ki, o, çempionlar liqasının D qrupunda mübarizə aparan Rumıniyanın “Alba” və İtaliyanın “Konegliano” komandaları arasında keçiriləcək görüşün ikinci hakimi olacaq. Oyunu türkiyəli baş hakim Nurper Özbar idarə edəcək.

Qarşılaşma noyabrın 27-də keçiriləcək.

Daha öncə Eldar Zülfüqarov noyabrın 20-də keçiriləcək “Lokomotiv” (Rusiya) – “Maribor” (Sloveniya) matçına baş hakim kimi təyinat almışdı.

Həmin kateqoriyadan