Elina Xudiyeva: Bir az məşq və səbr, onda xal da çox olacaq

İqtisad universitetinin qadın voleybolçulardan ibarət UNEC klubunun bu mövsüm işi yaxşı getmir. “Tələbələr” 7 turdan sonra nə xal qazanıb, nə də 1 hissə fərqləniblər. Sıfırlarını yan-yana düzən komanda nə vaxt qara zolaqdan çıxacaq? Heyətin universal oyunçusu Elina Xudiyeva nikbindir, allsport.az saytına açıqlamasında bunun zamana ehtiyac olduğunu vurğulayıb:

“Bəli, komandada yeniyəm, ötən mövsümü “Azərreyl”də keçirmişəm. Bütün qızlar həqiqətən yaxşı oyunçulardır. Hər birinin əla qabiliyyəti var. Niyə alınmır? Topu qəbulda və sığortada müəyyən boşluqlar var. Onu aradan qaldırıb yaxşı oyun göstərməyə çalışacağıq.

Bir az məşq və səbr, onda xal da çox olacaq. Mən də, öz növbəmdə, komandaya bütün 100 faiz gücümü verəcəyəm”.

Həmin kateqoriyadan