YENİLƏNDİ
Elis Manolova 2-сi, Tatyana Omelçenko 3-cü oldu

Romada güləş üzrə Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, 4-cü yarış günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə qoşulublar.

Tatyana Varansova ilk görüşdə İspaniya təmsilçisiylə üz-üzə gəlib. Mingəçevir güləş məktəbinin yetirməsi hesabda 2:5 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək yekunda qələbə qazanıb. Ancaq 1/8 finalda Hollandiya güləşçisi qarşısında aciz qalıb. Rəqibin finala çıxması həmyerlimizə təsəlliverici görüşə çıxmaq şansı verib.

Alyona Kolesnik gözlənilmədən ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü fevralın 14-də 3-cü yer uğrunda güləşəcək.

Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova startda dünya və 2-qat Avropa çempionu Petra Olliylə qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə olduğu analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Rusiya güləşçisinə də gücünü göstərən Manolova ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına adlayıb. 

Tatyana Omelçenko təsnifat mərhələsində italyan güləşçiyə qalib gəlib. Yığma üzvü daha sonra Macarıstan təmsilçisini üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında dünya və ikiqat Avropa çempionu Yuliya Tkaça məğlub olub. Omelçenko fevralın 14-də bürünc medal uğrunda güləşəcək.

Bu çəkilərdə medal qarşılaşmaları fevralın 14-də Bakı vaxtı ilə 21:00-da başlayacaq.

53 kq

Təsnifat: Tatyana Varansova – Marina Rueda Flores (İspaniya) 8:5
1/8 final: Tatyana Varansova – Cesika Korneliya Blaşka (Niderland) 0:10
Təsəlliverici görüş: Tatyana Varansova – Suzanna Georgiana Seykariu (Rumıniya) 3:4

57 kq
1/4 final: Alyona Kolesnik – Qreys Cekob Bullen (Norveç) 0:5 (tuşe)
Bürünc medal görüşü: Alyona Kolesnik – İrina Kuraçkina (Bolqarıstan) 1:4

62 kq
Təsnifat: Tatyana Omelçenko – Aurora Kampaqna (İtaliya) 3:0
1/4 final: Tatyana Omelçenko – Marianna Sastin (Macarıstan) 5:3
1/2 final: Tatyana Omelçenko – Yuliya Tkaç (Ukrayna) 0:4
Bürünc medal görüşü: Tatyana Omelçenko – Veranika İvanova (Belarus) 4:0

65 kq
1/4 final: Elis Manolova – Petra Olli (Finlandiya) 8:1
1/2 final: Elis Manolova – Mariya Kuznetsova (Rusiya) 7:3
FİNAL: Elis Manolova – Mimi Nikolova Xristova (Bolqarıstan) 3:6

Həmin kateqoriyadan