Elis Manolova finalda, Türkan Nəsirova 5-ci olub

Rumıniyanın paytaxtı Buxarestdə U-23 dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşçilərin ardından, meydan qızlara verilib.

Bu növdə hələlik ən yaxşı nəticə Türkan Nəsirovaya (50 kq) məxsusdur. O, 5-ci yer tutub. Buna rəğmən, Aslan Ağayevin komandası medalsız qalmayacaq.

Elis Manolova (65 kq) finala adlayıb və sabah həlledici görüşə cıxacaq. Alyona Kolesnikin (57 kq) isə 3-cü yer tutmaq imkanı var.

Həmin kateqoriyadan