Elis və Osmandan 3-cü yer

Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov – Nikola Petrov xatirə turniri davam edir. Allsport.az saytı xəbər verir ki, Osman Nurməhəmmədov (92 kq) əvvəlcə bolqar İliya Xristov (13:2), sonra iranlı Mehdi Hacılueyanmurafah (9:2) üzərində inamlı qələbə qazanıb.

Yarımfinalda Əhməd Batayev (Bolqarıstan) 4:6 hesabıyla məğlub olan bahadırımız, bürünc medal uğrunda görüşdə Şimali Makedoniya təmsilçisi Rəcəb Heydəriyə 10:0 qalib gəlib.

Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova (65 kq) macar Viktoriya Felhonu “tuşe” ilə üstələyib. Ancaq yarımfinalda amerikalı Mallori Velteyə (0:8) uduzan təmsilçimiz, ümidini bürünc medala bağlayıb.

Yığmamızın üzvü son görüşdə rumıniyalı Əminə Kəpəzəni 4:0 yenib, 3-cü yer tutub.

Həmin kateqoriyadan