Elmin Alışanov: Oyuna tam hazır idim, qələbə üçün əlimdən gələni etdim

Kişi voleybolçuların yüksək liqasının 9-cu turunda lider “Murov” qızıl medala digər iddialı “Xarı bülbül”ə 3:0 qalib gəlib. Komandanın aparıcı üzvü Elmin Alışanov heyətə bu mövsüm qoşulub. Ötən çempionatda “Neftçi İdman Klubu” ilə Azərbaycan kubokunu qazanıb. Şuşa klubunun təsisçisi İlqar İmamquliyevlə isə yaxın dostdur, qapı qonşusudur. Orta sahə oyunçusudur, həm blokda, həm də hücumda çıxış edir. O, qarşılaşma barədə allsport.az saytına bunu deyib:

“Bütün oyunlara ciddi hazırlaşırıq. Məqsəd, maraqlı və əzmkar oyun göstərib qələbə qazanmaqdır. Bəli, “Neftçi” keçmiş klubumdur. Bir neçə il ardıcıl “ağ-qaralar”da oynamışam. Lakin bu movsum rəqib kimi çıxış edirəm (gülümsəyir).

Oyuna tam hazır vəziyyətdə idim və qələbə qazanmaq üçün əlimdən gələni etdim. “Xari Bulbul” debütant olduğuna görə, onlar da qalib gəlmək hissi ilə alışıb yanırlar. Bu üzdən, qələbə daha vacibdir və buna nail olduq”.

Həmin kateqoriyadan