Elmira Qəmbərova: “Bu medal başlanğıcdır, yeni qələbələrə təkandır”

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatında 59 kq-da bürünc medal qazanan Elmira Qəmbərovanın sevincinin həddi-hüdudu yox idi. O, mükafatlandırmadan dərhal sonra allsport.az saytına açıqlamasında bunu çox gözlədiyini dedi:

“Bu medal karyeramda ilk ciddi uğurdur. Çox sevincliyəm. Aslan və Rövşən müəllimə təşəkkürümü bildirirəm. Onların üzərimdə əməkləri böyürdür. Allah qoysa, yaxşı hazırlaşıb dünya çempionatında da öz sözümü demək istəyirəm. Bu medal başlanğıcdır, gələcək qələbələrə təkandır..

Uğuru bütün məni sevib dəstək və azarkeşlik edənlərə həsr edirəm. Komandamızda mükafatsız qalan qızlar üzülməsinlər. Əminəm ki, gələcək yarışlarda onlar yenə sevinəcəklər”.

Kamran HACI, Buxarest

Həmin kateqoriyadan