Elşən İsmayılov: «Hər 3 millı komandamız Bakı-2015-ə yüksək səviyyədə hazırlaşır»

«Avropa oyunlarına milli komandalarımız səylə hazırlaşırlar. Qadınları yarışında Bakıya güclü yığmalar gələcək. Dünya reytinqli komandalarla mübarizə bizim səviyyəmizi bir qədər də artıracaq».

Bunu allsport.az saytına açıqlamasında AVF-in baş katibi Elşən İsmayılov dedi. Onun sözünə görə, kişi voleybolçularımız da toparlanıb, öz bacarıqlarını göstərəcəylər:

«Millimiz martın sonunda təlim-məşq toplanışına başlayacaq. Başqa ölkələrin yığmaları ilə xeyli yoldaşlıq görüşlərini də planlaşdırılır. Çimərlik voleyboluna gəlincə, komandamız Argentina, Braziliya və bir neçə Ərəb ölkəsində oyunlar keçirib. Pirşağada onlar üçün gözəl baza qurulub. Hər şey yaxşı olmalıdır».

Həmin kateqoriyadan