- Baxış sayı: 91
- 02 Noyabr 2026 19:17
- Baxış sayı: 381
- Noyabr 09, 2026
- 0

İsrailin Eylat şəhərində yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, Elşən Məmmədov (61 kq) 15-yaşlıların mübarizəsində birdən qaldırmada 106 kq nəticə gümüş medal qazanıb. Təkan hərəkətində 129 kq-la 3-cü yer tutub.
Toplam 235 kq (106+129) nəticə ilə həmyerlimiz qitə birinciliyinin qalibi olub. Bu, onun 2-ci belə uğurudur. O, ötən il İtaliyanın Milan şəhərində yeni yarışda da qızıl medala sahiblənmişdi.