- Baxış sayı: 31
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 89
- Avqust 10, 2026
- 0
«Dünya Kubokuna hazırlığımızı başa vurduq. Komandamız artıq İrandadır. Allah kərimdir, sonda yaxşı nəticə ilə qayıdarıq». Bunu allsport.az saytına açıqlamasında yunan-Roma güləşi üzrə milli komandanın üzvü Elvin Mürsəliyev (75 kq) deyib.
Titullu bahadırın sözünə görə, Tehran səfərindən sonra bütün gücünü Bakı-2015-in hazırlığına yönəldəcək: «Avropa Oyunlarının başlamasına bir şey qalmayıb. Sayılı günlərdən başqa. Hədəf bəllidir: doğma divarlar arasında uğurlu çıxış etməli və güləşin ölkəmizin aparıcı idman növlərindən biri olduğunu bir daha sübuta yetirməliyik».