Emin Əhmədov: Növbəti şans gözləyirəm

«İlin sonunda ölkə çempionatı keçiriləcək. Hamımız o yarışa hazırlaşırıq». Bunu allsport.az saytına açıqlamasında London Olimpiadasının bürünc mükafatçısı Emin Əhmədov deyib. 80 kq-da çıxış edən yunan-Roma güləşçisi bildirib ki, hazırda zədəsi ilə bağlı elə bir problem yoxdur:

«İndi yaxşıyam. Yığma komandanın heyətində məşqlərimi səylə davam etdirirəm. London oyunlarından sonra zədə daim məni təqib etdi. Ona görə xeyli yarış buraxdım. Belədə isə, adam formasını itirir.

Yeni beynəlxalq turnirlərdə iştirak üçün məşqçilər korpusundan növbəti imkan gözləyirəm. İdmançı yarışdan yarışa artırır. Yüksək hazırlıq formasına düşdündən sonra, uğurların davamını gətirəcəyəm».

Həmin kateqoriyadan