- Baxış sayı: 42
- 11 May 2026 21:35
- Baxış sayı: 103
- May 11, 2026
- 0

Macarıstanın paytaxtı Budapeştdə güləşçilərin Avropa çempionatı sona yaxınlaşır. Allsport.az saytı xəbər verir ki, yarışın 6-cı günündə yunan-Romada 5 çəkidə mükafatçılar müəyyənləşib.
Eldəniz Əzizli (55 kq) bütün təqiblərinə qalib gəlib. Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.
Yarışın gedişində bahadırlarımız erməni rəqiblərini məyus ediblər. Eldəniz Əzizli yarımfinalda Rudik Mkrtçyana 7:3, Taleh Məmmədov eyni mərhələdə Xraçya Poqosyana 3:1 qalib gəliblər.