- Baxış sayı: 40
- 10 Avqust 2026 21:53
- Baxış sayı: 87
- Avqust 10, 2026
- 0

Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları növbəti təyinat alıblar.
Allsport.az saytı xəbər verir ki, onlar kişilərin Avropa kubokunda Türkiyənin “Beşikdaş Yurdbay Seramik” və Litvanın “HC Qranitas – Karis Kaunas” komandalarının görüşlərini idarə edəcəklər.
Yarışın 2-ci mərhələsinin qarşılaşmaları İstanbulda olacaq. Rəqiblər noyabrın 5-də və 6-da “Süleyman Səba” idman arenasında üz-üzə gələcəklər.