“Evdə bundan daha yaxşı mübarizə aparacağıq”

“Qarabağ” konfrans liqasının 1/16 finalının ilk oyununda Fransada “Marsel” klubuna 1:3 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında komandamızın baş məşqçi Qurban Qurbanov bunu deyib:

“Layiqli oyun göstərməyə çalışdıq və bunu bacardıq. Dünən də bildirmişdim ki, “Marsel”in yaxşı baş məşqçisi və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Məni ən çox narahat edən məqam rəqibin ustalıq səviyyəsi idi.

Bu gün bəlkə də bu elemetlərə görə uduzduq. Amma komandamın oyunundan tam razı qaldım. Bəzi diqqətsizliklər oldu ki, bu da belə komandaya qarşı matçda normaldır. Səfərdə çıxış etməyimizə baxmayaraq, çox yaxşı oyun göstərdik.

Evdə bundan daha yaxşı mübarizə aparacağıq. Çünki rəqibi yaxından tanıyırıq. Bakıda azarkeşlərimizi yaxşı oyunla həyəcanlandırmaq istəyirik”.

Həmin kateqoriyadan