“Evdə qal, idmansız qalma!” İlk qonaq olimpiya və 2-qat dünya çempionu Fərid Mansurovdur

Gənclər və idman nazirliyi “İdman” TV ilə birgə yeni, “Evdə qal, idmansız qalma!” layihəsinə start verir. Allsport.az saytı xəbər verir ki, sabah saat 11.00-dan başlayacaq verilişdə olimpiya, dünya və Avropa çempionlarımız “Skayp” proqramı vasitəsi ilə evdən müxtəlif idman nümunələri göstərəcəklər.

Layihənin ilk qonağı olimpiya və 2-qat dünya çempionu Fərid Mansurov olacaq. Növbəti günlərdə layihəyə Elnur Məmmədli, Toğrul Əsgərov və digər titullularımız qoşulacaqlar.

Tədbirin əsas məqsədi idmana marağı artırmaq, vətəndaşların evdə qaldıqları müddət ərzində onların idmandan, sağlam həyat tərzindən uzaq duşməmələridir.

Həmin kateqoriyadan