- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 77
- May 11, 2026
- 0

Qadın voleybolçuların Avropa çempionlar liqasında mübarizə aparan “Azərreyl”in 2-ci turdakı oyununun hakim təyinatları açıqlanıb.
Allsport.az saytı xəbər verir ki, komandamızın yanvarın 11-də Türkiyənin “Fənərbağça” klubu ilə keçirəcəyi səfər qarşılaşmasının baş hakimi bolqarıstanlı İvaylo İvanov olacaq.
Ona italiyalı Simone Santi kömək edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.