Fərdi dünya kubokunun proqramı

Serbiya paytaxtı Belqradda güləşçilərin fərdi dünya kubokunun proqramı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, hər 3 növdə yarış dekabrın 12-dən 18-dək keçiriləcək.

Proqrama əsasən, ayın 12-13-də “klassiklər” mübarizə aparacaqlar. İlk gündə təsnifat görüşləri və yarımfinallar olacaq. Dekabrın 13-də ələmələr, eyni zamanda, yarımfinal və təsəlliverici tutaşmalar olacaq.

Həmin gün açılış mərasimi baş tutacaq. Günün sonunda 55, 67, 72, 77 və 87 kq-da medal görüşləri baş tutacaq.

Dekabrın 14-də qadınlarda təsnifat, yarımfinal, yunan-Roma güləşində təsəlliverici və 60, 63, 82, 97 və 130 kq çəkilər üzrə medallar uğrunda qarşılaşmalar olacaq.

Dekabrın 15-də qadın güləşində ələmə, təsəlliverici, yarımfinal və nəhayət, 50, 53, 55, 62 və 72 kq-da medallar uğrunda.

Sonrakı gün “sərbəstlər” xalça üzərinə çıxacaqlar. Sıralama eynidir. Həmin gün qadın güləşində təsəllivericidən sonra 57, 59, 65, 68 və 76 kq-larda mükafatçılar müəyyənləşəcəklər.

Dekabrın 17-də sərbəst güləşçilər günün 1-ci və 2-ci yarısında təsnifat, təsəllivericidə iştirak edəcəklər. Günün son görüşlərində 57, 70, 74, 92 və 125 kq-da medallar uğrunda mübarizə olacaq.

Nəhayət, yarışların son günü, dekabrın 18-də “sərbəstlər” əvvəlcə təsəlliverici, sonra 61, 65, 79, 86 və 97 kq-da medal üçün güləşəcəklər.

Turnirin mükafat fondu 300 min İsveçrə frankıdır.

Həmin kateqoriyadan