Fərhad Əliyev: Paytaxtda tədbirlər və məşqlər davamlı olacaq

“Bu il bölgədə 2 yarışımız olub. Növbəti tədbiri Bakıya saldıq. Dənizə çıxmaq planlarımız var. Öncələr Xəzər dənizində akademik avarçəkmə bazası olub. İndi onu bərpa etmək niyyətindəyik. Bayraq meydanı ərazisində, öz tarixi məkanında məşqləri keçirəcəyik. Təlimlər tam ödənişsizdir”.

Allsport.az saytı xəbər verir ki, bunu kanoe və avarçəkmə federasiyasının baş katibi Fərhad Əliyev dedi. Onun sözünə görə, “Kiçik Venesiya şəhərciyi”ndə müntəzəm məşqlər olacaq:

“Paytaxtda tədbirlər və məşqlər davamlı olacaq. Əsas məqsəd yeniyetmə və gəncləri bu idman növünə cəlb etməkdir. Bunun üçün, ilk növbədə, geniş təbliğat aparmaq, onları həvəsləndirmək lazımdır. 2016-cı ildən sonra federasiyada durğunluq oldu. İndi işi yenidən qurmağa başlamışıq”.

Həmin kateqoriyadan