- Baxış sayı: 54
- 24 Sentyabr 2026 22:58
- Baxış sayı: 77
- Sentyabr 25, 2026
- 0

Azərbaycan üzgüçülük federasiyasının baş katibi Fərid Bənənyarlı Portuqaliya paytaxtı Lissabonda keçirilən Avropa üzgüçülük federasiyasının fövqəladə iclasında iştirak edir.
Allsport.az saytı xəbər verir ki, toplantıda AÜF-in yeni seçilmiş prezidenti Antonio Silvanın 100 günlük fəaliyyətinin hesabatı dinləniləcək.
Bundan başqa, gələcəkdə görüləcək işlər planı, digər yeniliklər və nəzərdə tutulan yarışların təşkili məsələri də müzakirə olunacaq.