Fərid Cəlalov: Çalışacağıq ki, azarkeşlərə gözəl oyun göstərək

Kişi voleybol millinin baş məşqçisi Fərid Cəlalov Gümüş Avropa liqası öncəsi açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, komandanın yeni mövsümə hazırlığını belə dəyərləndirib:

“İlk oyunumuz Azərbaycanda keçiriləcək, rəqibimiz Rumıniya millisi olacaq. Avropa liqasına hazırlıq ərəfəsində Gürcüstan komandası ilə bir neçə yoldaşlıq görüşü keçirmişdik. Yoldaşlıq görüşlərində bütün oyunçularımıza öz oyunlarını göstərmələri üçün şans verilmişdir.

Bəzi oyunçularımızda son 10-15 gündür ki, milli komandanın düşərgəsinə gəliblər. Rumıniya ilə oyunu ikinci oyun qurucu Tural Həsənli ilə oynayacağıq. Aleksey Çervyakov dizində keçirdiyi əməliyyata görə növbəti oyunlarda komandamıza kömək edə biləcək.

Oyun haqqında öncədən danışmaq istəməzdim, yalnız onu deyə bilərəm ki, Avropa liqası zamanı çalışacağıq ki, bizi dəstəkləyən azarkeşlərə gözəl oyun göstərək”. 

Həmin kateqoriyadan