Fərid Calalov: İlk dəfə Avropa çempionatının final mərhələsində iştirak edə bilərik

Kişi voleybolçulardan ibarət milli gələn ilin yanvarında Avropa çempionatının ələməsinndə növbəti görüşlərini keçirəcək. Allsport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Fərid Calalov hazırlıqla bağlı bunu deyib:

“İlk dəfə qitə çempionatının final mərhələsində iştirak edə bilərik. Bildiyiniz kimi, yayda təsnifat oyunlarından sonra oyunçular istirahətə göndərilib. Komandamız məşqlərə start verib. Məşqlərimiz “Lokomotiv” voleybol klubunun idman zalında keçir.

10 günlük fiziki hazırlıqdan sonra bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. Amma hazırda kimlərlə oynayacağımız barədə danışıqlar aparırıq. Komandalar müəyyən olunduqdan sonra voleybolsevərləri məlumatlandıracağıq.

Nəzərinizə çatdıraq ki, milli komandanın düşərgəsində indi 11 voleybolçu ilə məşqlər keçir. 3 oyunçumuz isə bu mövsüm xarici klublarda oynayacaq”.

Həmin kateqoriyadan