Fərid Məmmədov “FİBA Avropa”nın iclasında

Avropa basketbol federasiyasının təşəbbüsü ilə təşkilatın kiçik ölkələr üzrə komissiyasının növbədənkənar iclası keçirilib. Allsport.az xəbər verir ki, videokonfrans formatında təşkil olunan iclasda komissiyanın üzvləri cari ilin yayında keçirilməsi nəzərdə tutulan yarışları müzakirə ediblər.

Əsas müzakirə mövzusu yarışların keçiriləcəyi ölkələrdə koronavirusun dinamikası, mövcud vəziyyət və tətbiq edilən məhdudiyyətlər olub.

İclasda “FİBA Avropa”nın prezidenti Turqay Dəmirəl, icraçı direktor Kamil Novak, komissiyanın sədri Bernard O’Byrne və komissiyanın üzvləri, o cümlədən ABF-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov iştirak ediblər.

Həmin kateqoriyadan