- Baxış sayı: 140
- 11 Sentyabr 2026 14:21
- Baxış sayı: 104
- Sentyabr 25, 2026
- 0

Bu gün gənclər və idman nazirliyində İtaliyanın Milan şəhərində yeniyetmə ağırlıqqaldıranların qitə birinciliyində 1-ci yer tutan milli komanda ilə görüş keçirildi. Allsport.az saytı xəbər verir ki, yığıncaqda idman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov çıxış etdi:
“Bu idman növü mənə yaxındır. Ağırlıqqaldırmanın güləşlə bağlılığı var. Uğur qazanmaq çətindir, onu qorumaq ondan da çətindir. Federasiyanın işi alqışlanmalıdır. İndi büyün diqqət yeniyetmələrə yönəlib. Bu siyasət tamamilə doğrudur”.