Fərid Qayıbov Macarıstan səfiriylə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Macarıstan səfiri ilə görüşüb.

Allsport.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi və səfirliyin 2-ci katibi Mihay Qruberlə görüşüb. Gənclər və idman nazirliyində keçirilən görüşdə 2 dost ölkə arasında gənclər siyasəti və idman məsələləri sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

Fərid Qayıbovu gənclər və idman naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edən səfir Viktor Sederkenyi iki ölkənin müfaviq qurumları arasında əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Həmin kateqoriyadan