Fərid Qayıbov nüfuzlu beynəlxalq yarışlarda uğurla çıxış edən idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov, son vaxtlar qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütovlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

İdmançıları salamlayan Fərid Qaybov, onları qazandıqları nailiyyətlər münasibətilə təbrik etdib. Bildirib ki, son vaxtlar belə görüşlər ənənə halını alıb. Bunun da əsas səbəbi idmançılarımızın beynəxlalq yarışlarda qazandıqları qələbələrin sayının günbəgün artmasıdır.

Atcılıq, bədii gimnastika, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, kəmər güləşi, aba güləşi, sambo, para-badminton, stronqmen və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Tədbirdə nazir Fərid Qayıbov “İdman ustası” adına layiq görülmüş futbol millisinin üzvü, “Qarabağ”ın kapitanı Maksim Medvedevə müvafiq vəsiqə və döş nişanını təqdim edib.

Həmin kateqoriyadan