Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ənənəvi qəbulda idmançıları salamlayıb, son bir ayın onların növbəti uğurları ilə yadda qaldığını deyib.

Allsport.az saytı xəbər verir ki, toplantıda paracüdo, cüdo, ağırlıqqaldırma, karate idman növləri üzrə Avropa və dünya çempionatlarında medal qazanan idmançılar qarşıdakı yarışlara hazırlıqları barədə danışıblar.

Təəssüratları dinləyən nazir, təcrübəli idmançıların uşaq və yeniyetmələrə nümunə olduğunu vurğulayıb və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Həmin kateqoriyadan