Famil Ağayev: Səhvsiz oynadıq

Dərnəgül voleybol mərkəzində superliqanın 2-ci turunda “Azərreyl” debütant “Mübariz”ə 3:0 qalib gəlib. Allsport.az saytına görüşlə bağlı qalib komandanın baş məqşçisi Famil Ağayev bunu deyib:

“Hər 2 klub ilk turda qalib gəlmişdi. Yarış cədvəlində şəriksiz lider olmaq üçün, mütləq bu matçı qazanmalıydıq. Çox gözəl oynadıq. Toplantıda video təhlildə rəqibi yaxşı öyrənmışdik.

Qurduğumuz taktikada nə tapşırıq vermişdim, voleybolçularımız düzgün yerinə yetirdilər. Ən əsası, səhvsiz oynadıq”.

Həmin kateqoriyadan