Favoritlər asan qələbə qazanıblar

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında II turun oyunları keçirilib.

Allsport.az xəbər verir ki, tura “Murov AZ Terminal” “Milli Aviasiya Akademiyası” matçı ilə start verilib.

İlk qarşılaşmada qalib gələn hər iki komandanın duelində “Murov AZ Terminal” asan qələbə qazanıb. Qarşılaşma 3:0 hesabı ilə yekunlaşıb. Eyni hesab “Abşeron” – UNEC görüşündə də qeydə alınıb. İlk görüşündə “Azərreyl”i gözlənilmədən məğlub edən meydan sahibləri bu dəfə çətinlik çəkməyiblər.

“Gəncə” isə doğma azarkeşləri önündə növbəti matçını keçirib. İlk görüşündə fanatlarını məyus edən komanda bu dəfə “Azərreyl”ə layiqli müqavimət göstərməyə çalışıb. Gəncəlilə güclü rəqiblə matçda cəmi 45 xal qazana biliblər.

15:00. “Murov AZ Terminal” – “Milli Aviasiya Akademiyası” – 3:0 (25:20, 25:16, 25:17)

18:00. “Abşeron” – UNEC – 3:0 (25:15, 25:10, 25:13)

18:00. “Gəncə” – “Azərreyl” – 0:3 (13:25, 12:25, 20:25)

Həmin kateqoriyadan