İddialılardan asan qələbə

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Allsport.az xəbər verir ki, yüksək liqada günə debütantlar – “Gəncə” və “Milli Aviasiya Akademiyası”nın oyunu ilə start verilib.

Görüşdə ev sahibləri 3:1 hesabı ilə qələbə qazanıblar. Qonaqlar yalnız ikinci setdə rəqibi ilə başabaş mübarizə aparaq, üstün olublar. “Milli Aviasiya Akademiyası” növbəti iki setdə cəmi 21 xal qazana bilib.

Mərkəzi – “Abşeron” – “Murov AZ Terminal” görüşündə birincilər ümidləri doğruldublar. Famil Ağayevin komandası ilk iki setdə çətinliklə üzləşməyib. Sonradan özünü toparlayan qonaq komanda inamlə təsir bağışlayıb. Üçüncü seti üstün bitirən “Murov AZ Terminal” növbəti setdə eyni uğuru təkrarlaya bilməyib.

“Azərreyl” – UNEC qarşılaşmasında isə “dəmiryolçular”ın rahat qələbə qazanaraq, 1-ci pilləyə yüksəliblər.

15:00. “Gəncə” – “Milli Aviasiya Akademiyası” – 3:1 (25:16, 22:25, 25:11, 25:10)

16:00. “Abşeron” – “Murov Az Terminal” – 3:1 (25:20, 25:12, 22:25, 26:24)

19:00. UNEC – “Azərreyl” – 0:3 (12:25, 16:25, 17:25)

Həmin kateqoriyadan