Fazil Məmmədov Güləş federasiyasında Namiq Əliyev dönəminə son qoydu!

Sabiq baş katib Əjdər Cəfərova qapılar birdəfəlik bağlandı

Güləş federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. Allsport.az saytının məlumatına görə, qurumun rəhbəri Fazil Məmmədovun müvafiq əmri ilə 1-ci vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

Bu vəzifəsinin icrası müvəqqəti olaraq Sahib Ələkbərova həvalə edilib. Qeyd edək ki, adı çəkilən dövlət rəsmisi Velosiped idmanı federasiyasında eyni işi icra edir.

Ekspertlərin rəyinə əsasən, Namiq Əliyevin vəzifəsindən azad edilməsinə əsas səbəb Əjdər Cəfərovla əlaqəlidir. Adı müxtəlif pozuntularda hallanan keçmiş baş katib onun rəyinə görə təyin olunmuşdu. 5 il AGF-də əsas icraçı olan Əjdər Cəfərov federasiyada bökük narazılıq yaratmış və havadarını çətin vəziyyətdə qoymuşdu.

Həmin kateqoriyadan