Fazil Məmmədovun işdən çıxardığı baş katibə vəzifə verilib

Fazil Məmmədovun işdən çıxardığı baş katibə vəzifə verilib

Güləş federasiyasının keçmiş baş katibi Əjdər Cəfərova yeni vəzifə verilib. Allsport.az saytı xəbər verir ki, o, 2 saylı olimpiya ehtiyat təhsil idman məktəbinə direktor təyin olunub. Məlumatı qafqazinfo.az-a Təhsil Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov da təsdiqləyib.

Əjdər Cəfərov 5 il AGF-də baş katibi olub. Ona qədər federasiyada hakimlər kollegiyasına sədrlik edib. O, 2016-cı il fevralın 4-də federasiya prezidenti Fazil Məmmədovun əmri ilə işdən tamam azad olunub.

Saytın yazdığına görə, Əjdər Cəfərovun güləşçilərin şikayətinə və maddi yeyintilərə görə federasiyadan qovulub.

Həmin kateqoriyadan