- Baxış sayı: 48
- 24 Sentyabr 2026 10:00
- Baxış sayı: 78
- Sentyabr 26, 2026
- 0

Azərbaycan voleybol federasiyası (AVF) bölgələrdə seleksiya işlərini davam etdirir.
Allsport.az xəbər verir ki, federasiya nümayəndələri bu dəfə Şəki şəhərində olublar.
Seleksiya məşqlərində Şəki ilə yanaşı, Oğuz, Qax və Zaqataladan olan yeniyetmə voleybolçular da iştirak ediblər.
AVF nümayəndələri məşqləri izləyib və müvafiq tələblərə uyğun gələn idmançıların qeydiyyatını aparıblar.