Fernando Benites: Bilirdik ki, “Lokomotiv” bu oyuna yaxşı hazırlaşıb

Bu gün kişi voleybolçuların Çağırış kubokunun 1/8 finalında “Lokomotiv” Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib. Allsport.az saytı xəbər verir ki, səfərdə 0:3 hesabı ilə uduzan Azərbaycan çempionu, evdə də eyni hesabla yenilib. Matçdan sonra rəqib baş məşqçi Fernando Munyos Benites bunu deyib:

“Evimizdə olduğu kimi, səfərdə də yaxşı oynadıq. Bilirdik ki, “Lokomotiv” bu oyuna yaxşı hazırlaşıb. Ancaq ilk iki setdə taktiki və texniki cəhətdən çox yaxşı çıxış edib, növbəti mərhələyə yüksəldik. Növbəti hədəfimiz yarımfinala çıxmaqdır. Fikrimcə, turnirin favoritləri “Bunqe” (İtaliya), “Qazprom-Yuqra” (Rusiya) və “Maliye Piyanqo”dur (Türkiyə)”.

Həmin kateqoriyadan