- Baxış sayı: 112
- 13 May 2025 23:08
- Baxış sayı: 82
- May 13, 2025
- 0
Qadın və kişi voleyboçuların yüksək liqasında üçüncü yer uğrunda və final oyunlarının tarixləri bəlli olub.
Allsport.az xəbər verir ki, bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları 19, 20, 21, 22, 24, 25 apreldə keçiriləcək.
Qadınların yüksək liqasında üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları, finalda isə “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcəklər. Kişi voleybolçuların mübarizəsində isə üçüncü yer uğrunda “Neftçi” ilə “Xilasedici”, finalda isə “Azərreyl” və “Murov Az Terminal” komandaları qarşılaşacaqlar.
Üçüncü yer və final qarşılaşmalarında qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.
Aprelin 24-də və 25-də final oyunlarından dərhal sonra qaliblərin (qadınlar, kişilər) mükafatlandırma mərasimi baş tutacaq.
Yüksək liqa
Üçüncü yer uğrunda oyun
19 aprel
Qadınlar (birinci oyun)
15:00. “Gəncə” – “Milli Aviasiya Akademiyası”
GİN-nin voleybol mərkəzi
Üçüncü yer uğrunda oyun
20 aprel
Qadınlar (ikinci oyun)
15:00. “Milli Aviasiya Akademiyası” – “Gəncə”
Kişilər (birinci oyun)
17:00. “Neftçi” – “Xilasedici”
GİN-nin Voleybol Mərkəzi
FİNAL
21 aprel
Qadınlar (birinci oyun)
15:00. “Azərreyl” – “Abşeron”
Üçüncü yer uğrunda oyun
Kişilər (ikinci oyun)
17:00. “Xilasedici” – “Neftçi”
GİN-nin Voleybol Mərkəzi
Final
22 aprel
Kişilər (birinci oyun)
15:00. “Azərreyl” – “Murov Az Terminal”
GİN-nin voleybol mərkəzi
Final
24 aprel
Qadınlar (ikinci oyun)
15:00. “Azərreyl” – “Abşeron”
Mükafatlandırma mərasimi
Milli gimnastika arenası
Final
25 aprel
Kişilər (ikinci oyun)
15:00. “Murov Az Terminal” – “Azərreyl”
Mükafatlandırma mərasimi
Milli gimnastika arenası