YENİLƏNDİ
Əbubəkr Abakarov medal fürsətini saxladı

Əbubəkr Abakarov medal fürsətini saxladı

Bu gün Macarıstan paytaxtı Budapeştin “Laslo Papp” idman sarayında güləş üzrə dünya çempionatı başladı. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günündə 4 çəkidə (61, 74, 86 və 125 kq) “sərbəstlər” mübarizəyə apardı. Millimiz rəqabətə uğursuz  start verdi. Komandamızdan yalnız Əbubəkr Abakarov 2 görüşdə ardıcıl qələbə qazandı. O, bürünc medal fürsətini saxlayır. Çünki yenildiyi bahadırlar finala çıxdı.
Görüşlər hər gün Bakı vaxtı ilə 12.30-da başlayacaq. Sabah saat 18:45-də dünya çempionatının açılışı olacaq.

61 kq
1/8 final: Pərviz İbrahimov – Kazuya Koyanaqi (JPN) 4:9
1/16 final: Pərviz İbrahimov – Skott Şiller (CAN) 8:6

74 kq
1/4 final: Əbubəkr Abakarov – Aftandil Kentçadze (GEO) 2:5
1/8 final: Əbubəkr Abakarov – Mandaxnaran Ganzoriq (MGL) 6:5
1/16 final: Əbubəkr Abakarov – Hanok Raşamin (İSR)

86 kq
1/16 final: Murad Süleymanov – Dauren Kruqliyev (RUS)

125 kq
1/16 final: Camaləddin Məhəmmədov – İbrahim Səidov (BLR)

Kamran HACI, Budapeşt

Həmin kateqoriyadan