Finala “Sərhədçi” və “Polad” komandaları çıxdılar

Bakı Dövlət Cıdır Meydanında Çövkən üzrə 3-cü Azərbaycan çempionatı sona yaxınlaşır. Allsport.az saytı xəbər verir ki, bu gün keçirilmiş yarımfinal oyunlarından sonra, finalda mübarizə aparacaq komandalar məlum olub. Final yolunda “Ağdam” komandası “Polad”a 0:1 hesabı uduzub.

“Sərhdəçi” komandasının çaparları isə “Balakən” təmsilçisinin qapısından 7 cavabsız top keçiriblər. Beləliklə də sabah təşkil olunacaq həlledici matçda “Sərhədçi” və “Polad” komandaları üz üzə gələcəklər. Oyun saat 13-00 da başlayacaq. Bundan bir saat öncə isə 3-cü yer uğrunda qarşılaşma olacaq.

Qeyd edək ki, Çövkən oyunlarından öncə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Dövlət Cıdır Meydanında xüsusi parad, milli çadırların quraşdırılamsı və şou proqram planlaşdırılıb.

Həmin kateqoriyadan