Finalçılar bilindi

Qadın voleybolçuların yüksək liqasında finalçılar bəlli olub.
Allsport.az xəbər verir ki, bu gün GİN-in voleybol mərkəzində təşkil olunan yarımfinal çərçivəsində “Milli Aviasiya Akademiyası” klubu “Azərreyl” ilə, “Abşeron” isə “Gəncə” komandası ilə qarşılaşıb.
Günün ilk oyununda “Azərreyl” və “Milli Aviasiya Akademiyası” klubları üz-üzə gəliblər.
Gərgin keçən bu oyunda “Milli Aviasiya Akademiyası” 3:2 hesabı ilə qələbə qazanıb.
Cütün ilk qarşılaşmasında “Azərreyl” 3:2 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabərləşib və qızıl setə ehtiyac yaranıb. Həlledici hissədə “Azərreyl” 15:11 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Milli Aviasiya Akademiyası” isə bürünc medal uğrunda oyuna çıxacaq.
Ardınca meydançaya “Gəncə” və “Abşeron” komandaları çıxıblar. İlk oyunda 3:1 hesabı ilə qalib gələn “Abşeron” bu dəfə rəqibini 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanan ikinci komanda olub.
Beləliklə, qadınların Yüksək Liqasında üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları, finalda isə “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcəklər.

Yarımfinal (ikinci oyun)
“Azərreyl” – “Milli Aviasiya Akademiyası” 2:3 (21:25, 25:17, 25:22, 16:25, 10:15)
Qızıl set 15:11
“Gəncə” – “Abşeron” 0:3 (17:25, 16:25, 17:25)

Həmin kateqoriyadan