- Baxış sayı: 65
- 10 May 2026 15:37
- Baxış sayı: 67
- May 11, 2026
- 0

Serbiyanın Novı Sad şəhərində yeniyetmələrin qitə birinciliyində komanda hesabında 1-ci yeri tutan yunan-Roma güləşçilər vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, mötəbər yarışda 50 kq-da baş mükafata yiyələnən Ayxan Cavadov bunu söyləyib:
“Yarış çox çətin keçdi. Üzərimizdə əziyyəti olan millinin məşqçilərə, həmçinin şəxsi məşqçimə təşəkkürümü bildirirəm. Keçirdiyim 5 görüşdən ən çətini Rusiya idmançısıyla qarşılaşma oldu. İnşallah, dünya çempionatında da bu nəticəni təkrarlayacağam.
Finalda Ermənistan güləşçisiylə görüşün fasiləsində, məşqçilər daha fəal güləşməyimi və qalib gələcəyimi istədilər”.