“Finalda müəyyən qədər hakim haqsızlığı oldu”

Tokio-2020-də iştirak edən Azərbaycan komandası bu gün Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda gümüş medal qazanan sərbəst güləşçi Hacı Əliyev (65 kq) açıqlama verib:

“Şükürlər olsun ki, olimpiadada medalsız qalmadım. Nə qədər idmançı Tokioda medal qazana bilmədi. Çox insanın uğurlarımda əməyi var. Onların hər birinə təşəkkür edirəm. Allah hamısından razı olsun. Finalda müəyyən qədər hakim haqsızlığı da oldu. Bu barədə yaxın vaxtlarda mediada ətraflı məlumat verəcəyəm.

Tokio olimpiadasındakı uğur münasibətilə xalqımızı təbrik edirəm. Bu, hamımızın uğurudur. Növbəti olimpiadada iştirak edib-etməyəcəyimi bilmirəm. Bir qədər istirahət etdikdən sonra qərarımı verəcəyəm”. 

Həmin kateqoriyadan