Firdovsi Umudov: «Braziliyada sübut etməliyik ki, qazandığımız nəticələr təsadüfi deyil»

«Hazırlığımız yüksək səviyyədə keçdi. Rioya xoş ovqatla yollanırıq. İndi bizim işimiz bizə bəslənən etimadı doğrultmaqdır».

Allsport.az saytının məlumatına görə, bunu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olimpiyaçılarımızı Braziliyayaya yolasalma mərasimində sərbəst güləş millimizin böyük məşqçisi Firdovsi Umudov dedi. Mütəxəssis bildirdi ki, Uca Rəbbimizin köməyi ilə bahadırlarımız okeanın o tayındın qələbə ilə qayıdar:

«Allah bizim 4 ildə çəkdiyimiz zəhməti yerdə qoymaz. Çox çalışmışıq. Londot-2012-dən fərqli, Rioya daha titullu güləşçilərlə yollanırıq. Bu bizə orada hədəfimizi gerçəkləşdirməyə inamı artırır. Braziliyada bir daha sübut etməliyik ki, qazandığımız nəticələr təsadüfi deyil».

Həmin kateqoriyadan