Firdovsi Umudov: Güləşçilərimiz Kiyevdə əzmkarlıq, kişilik göstərdilər

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə 22-ci beynəlxalq yarışda uğurla çıxış etmiş komanda üzvləri görüş keçirildi. Allsport.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyində təşkil edilən tədbirdə idman şöbəsinin müdiri Fərid Mansurov, Güləş federasiyasının 1-ci vitse-prezidenti Firdovsi Umudov, məşqçilər, idmançılar və KİV nümayəndələri vardı. AGF-nin rəsmisi pəhləvanlarımızın nəticələrinin qənaətbəxş olduğunu qeyd edib:

“Təqvim planımız çox sıxdır. Güləşçilərimizi dünya kuboku, Avropa çempionatı, yeniyetmələrin yay olimpiya oyunları gözləyir. İdmançılarımız Kiyevdə əzmkarlıq, kişilik göstərdilər. Belə də davam etmək lazımdır. Qazanılan qələbələr keçmişdə qaldı, irəli baxmalıyıq. Əlbəttə, səhvlər var və onları aradan qaldırmalıyıq. Kiyevdəki yarış Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı. Burada oturan idmançıların çoxu olimpiya, dünya və Avropa çempionatında medal qazananlardır. Xüsusən də gənclərimiz uğurlara “acdırlar”.”

Həmin kateqoriyadan