Firdovsi Umudov: Həmişə olduğu kimi, bundan sonra da etimadı doğrultmağa çalışacağıq

Bakı İdman Sarayında sərbəst güləş üzrə Azərbaycan çempionatından sonra, federasiyanın rəhbərliyi ilə mükafatçılar arasında görüş keçirildi. Allsport.az saytının məlimatına görə, toplantıda milli komandaların baş məşqçisi Firdovsi Umudov çıxış etdi. Bildirdi ki, bu günə qədər olduğu kimi, bundan sonra da onlara göstərilən etimadı doğrultmağa çalışacaqlar:

“Biz hər zaman dövlətimizin və federasiyamızın dəstəyini üzərimizdə hiss etmişik. Bu gün də hiss edirik. Biz də çalışırıq ki, ölkəmizi, bayrağımızı layiqincə təmsil edək. Bunun üçün əlimizdən gələn nə varsa edirik və edəcəyik.

Azərbaycan çempionatının nəticələrinə görə, yığma komandamızın yeni heyəti formalaşdı. Qarşıdakı  yarışlarda hər bir komanda üzvünü sınaqdan keçirəcək, Qitə və Dünya çempionatlarının heyətini müəyyənləşdirəcəyik.”

Həmin kateqoriyadan