Firdovsi Umudov “İdman” qəzetinin fotomüxbiri Dilavər Nəcəfova qızıl medal qazandırıb

“İdman” qəzetinin əməkdaşı Dilavər Nəcəfov Ukraynada 3-cü beynəlxalq fotoreportyor müsabiqəsində qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, “Ukrayna Foto Sənəti Mərkəzi” İctimai Birliyinin və “Ostroq Akademiyası” Milli Universitetinin təşkil etdiyi müsabiqədə 12 kateqoriya üzrə qaliblər müəyyən olunub.

Həmyerlimizin Rio-2016-da sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Firdovsi Umudovu çəkdiyi “Məşqçi” fotosu “İdman” (tək foto) kateqoriyasında mükafata layiq görülüb.

Fotoqraf Aqdes Bağırzadə “Leyli və Məcnun” adlı fotoları ilə “İncəsənət, əyləncə” (fotooçerk) nominasiyasında gümüş, Rəşad Mehdiyev “Futbolu ayaqla oynayırlar” fotosu ilə “İdman” (tək foto) nominasiyasında bürünc, Kərim Abbasov isə “Küçə” adlı fotosu ilə “Gündəlik həyat” (tək foto) nominasiyasında diploma sahib olub.

Həmin kateqoriyadan