«Firdovsi Umudovdan çox razıyam, məni evimdəm dartıb çıxardı, məşq etməyə məcbur etdi»

Serbiyanın Novı Sad şəhərində keçirilən güləşçilərin Avropa çempionatında sərbəst üsulla çıxış edənlərin mübarizəsində Ruslan Dibirhacıyev (70 kq) 3-cü yerə çıxdı. Allsport.az saytına açıqlamasında titullu pəhləvan bildirdi ki, uzun zədədən sonra bərpa olub, bu mötəbər yarışda uğur qazanması böyük işdir:

«Üç il öncə Finlandiyada təşkil olunan eyni yarışda qızıl medala yetişdim. Onda sonra zədə məni daban-daban izlədi. İki il sağalmaq üçün əlləşdim. Məşqçilər heyəti, federasiyamızın vitse-prezident Məhəmməd Əliömərov daim mənə ürək-dirək verdi, özümü rurlandırdılar. Bu işdə baş məşqçi Firdovsi Umudovu da xüsusi qeyd etmək istəyirəm. O, məni evimdəm dartıb çıxardı, məşq etməyə məcbur etdi. İnandırdı ki, hər şey alınacaq.

Ümumən, indi məşqçilər korpusundan çox razıyam, onlar hər məsələyə çox ciddi yanaşırlar, yaxşı köklənmə var. Zəlimxan Hüseynov və Sədrəddin Ayqubov da bizə dəstək verirlər, uşaqlara güləşmək üçün imkan yaradırlar. Bundan sonra bir az dincələcəm, sonra yenə söz onlarındır. Əsas ki, odur ki yavaş-yavaş əski formama qayıdıram. İnşallah, sonda hər şeyin yenə yaxşı olacağına inanıram».

Kamran HACI, Novı Sad (Serbiya)

Həmin kateqoriyadan