Firdovsi Umudovun komandası dünya çempionatında 1-ci oldu!

Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə “sərbəstlər”də Orxan Abbasov (79 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq) gümüş medal qazanıblar. Qadınların mübarizəsində Ruzanna Məmmədova (59 kq) 1-ci yer tutub.

Dünən idmançılarımızdan Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) qızıl, Elnurə Məmmədova (52 kq) gümüş, Nərgiz Səmədova (50 kq) isə bürünc medala sahib çıxıblar.

Bununla da, Azərbaycan güləşçiləri komanda hesabı ilə 1-ci pillədə qərarlaşıblar. Hər 2 millimiz dünya çempionatı ərəfəsində güləş federasiyasında da yüksək hazırlıq vəziyyətinə gətirilib.

Həmin kateqoriyadan